Plazmaferez

Qanın ekstrakorporal təmizləmə metodlarından ən geniş istifadə olunan plazmaferezdir.

Qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir."Plazmaferez" termini (yunanca "plazma"-zərdab, "aferezis"-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir.


Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran patoloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.

Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.

Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.

                                   

Hər bir müalicə metodunda olduğu kimi plazmaferezə də göstəriş və əks göstərişləri var.

Plazmaferezə göstərişlər:

  • ürək-damar sistemi xəstəlikləri (virus, autoimmun miokarditlər, ürəyin revmatik xəstəliyi, sistem vaskulitlər, ateroskleroz və s.);
  • tənəffüs orqanlarının patologiyalarıпатология органов дыхания (bronxial astma, Vegener qranulematozu, fobrozlaşan alveolit, gemosideroz və s.);
  • mədə-bağırsaq sisteminin xəstəlikləri (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, qaraciyər ensefalopatiyası və s.);
  • endokrinoloji xəstəliklər (şəkərli diabet, böyrəküstü vəzilərinin çatışmazlığı);
  • sidik ifrazı sisteminin xəsətəlikləri (autoimmun qlomerulonefrit, ağır pielonefritlər, sistit və digər infeksion xəstəliklər, xroniki böyrək çatışmazlığı, Qudpasçer sindromu, birləşdirici toxumanın sistem xəstəliklərində böyrəklərin ikincili zədələnməsi);
  • birləşdirici toxumanın sistem xəstəlikləri (dermatomiozit, sklerodermiya, qırmızı qurd eşənəyi, revmatoid artrit, psoriartik artrit və s.);
  • dəri patologiyaları (psoriaz, herpes, toksikodermiyalar);
  • allergiya mənşəli xəstəliklər (kəskin və ya xroniki övrə, Kvinke ödemi, pollinoz, atopik dermatit, soyuğa və ya istiyə allergiya və s.);
  • sinir sistemi xəstəlikləri (xroniki infeksion xəstəliklər, dağınıq skleroz və s.);
  • göz xəstəlikləri (diabetik retinopatiya və s.);
  • müxtəlif kimyəvi vasitələrlə zəhərlənmələr, o cümlədən dərmanlarla zəhərlənmə;
  • alkoholdan sonrakı intoksikasiya;
  • hamiləlik dövründə - fetoplasentar çatışmazlıq, ananın autoimmun mənşəli xəstəlikləri, rezus –konflikt.

Bəzi hallarda plazmaferez qətiyyən aparıla bilməz:  

  • davamlı qanaxmalar;
  • beyinin ağır xəstəlikləri (insult və s.);
  • ürək, qara ciyər, dekompensasiya fazasında böyrək dekompensasiyaları;
  • kəskin psixiki pozuntular.

Bəzi hallarda plazmaferezin aparılmasına bu halların aradan qaldırılmasından sonra icazə verilir:

  • qanın laxtalanma sistemində pozuntular;
  • hipotoniya (aşağı arterial təzyiq);
  • ürək ritminin pozuntuları;
  • mədə-bağırsaq sistemi orqanlarının xoraları;
  • qan serumunda zülalların azalması;
  • kəskin infeksion xəstəliklər;
  • qadınlarda menstrual dövr.