Tibbi sığorta

Könüllü tibbi sığorta son illərdə öz işçilərin sağlamlığının qayğısına qalan işə götürən şirkətlər üçün adi praktikaya çevrilib. Müəssisə rəhbərləri öz işçilərinə daha yaxşı iş şəraitini yaratmaq, sağlamlıqlarını qorumaq və əmək səviyyəsini artırmaq üçün büdcələrindən vəsait ayırırlar. Hamıya tanış olan İcbari Sığorta - minimal zəmanətlə tibb xidmətlərinin göstərilməsidir və ilk növbədə əhalinin sosial cəhətdən qorunmamış hissəsinə yönəlib.

Könüllü tibbi sığortanın üstünlüyü müştərinin, sığorta kompaniyasının şeçimi və müqavilənin bağlanması mərhələsindən başlayaraq arzu olunan sığorta proqramının təşkilində bilavasitə sığortalananın iştirakındadır. Tibbi xidmətlərin növünü və həcmini, həmçinin istənilən tibb müəssisəni müştəri özü seçə bilir.

Tibbi sığorta - göstərilən xidmətlərin keyfiyyətinə zəmanət, tibb müəssisənin göstərdiyi xidmətə görə maddi məsuliyyəti və pasientlərin hüquqi cəhətdən təhlükəsizliyidir.

OKİ Klinikası Azərbaycanda fəaliyət göstərən əksər böyük sığorta şirkətləri ilə əmakdaşlıq edir:

  • Sənaye sıgorta
  • Xalq sıgorta
  • Atəşgah sıgorta
  • A-Qroup
  • Standard İnsurance
  • Paşa sıgorta
  • Beynəlxalq sıgorta
  • Az sıgorta
  • Ata sıgorta
  • Qarant sıgorta
  • MBASK

OKİ Klinikası sığorta şirkətlərinə geniş spektorlu tibbi xidmətlər təklif edir:

  • ambulator xidmət
  • stasionar xidmət
  • stomatologiya (dişlərin cərrahi və terapevtik müalicəsi)
  • təcili tibbi yardım (insan həyatı üçün təhlükə yarandığı halda tibbi xidmətin göstərilməsi)
  • dərman təchizatı
  • hamiləliyin doğuşa qədər müşahidəsi
  • həkimin evə çağırışı
  • digər tibb müəssisələrdən olan mütəxəssislərin cəlb olunması
  • qabaqcadan həkimin qəbuluna yazılmaq
  • həkimin qəbuluna on-line yazılmaq
  • uzaq saytların yaradılması
  • dezinfeksiya və deratizasiya
  • iş yerlərinin attestasiyası

İşçiləriniz üçün tibbi sığorta kompleksi seçməklə Siz sığorta olunanların hər növ tibbi problemlərinin həlli istiqamətində optimal xidmətlər paketini seçə bilərsiniz. İstər işçiləriniz, istər də ailə üzvləriniz üçün müvafiq sığorta paketi seçməklə Siz yüksək səviyyəli, keyfiyyətli tibbi yardım əldə etmiş olursunuz.

Biz həftənin 7 günü, 24 saat xidmətinizdəyik!