Cərrahiyyə

OKİ Klinikasının əsas istiqamətlərindən biri də cərrahiyyədir. Bura qarın boşluğu və kiçik çanaq orqanlarında endoskopik əməliyyatlar və açıq əməliyyatların geniş spektoru aiddir. Endocərrahi üsul əməliyyatın qarın və ya döş qəfəsinin tradisional kəsiyi olmadan icra edilən əməliyyat növüdür. Bu üsül bir çox üstünlüklərə malikdir, o cümlədən kosmetik effekt, az qan itkisi və toxumaların minimal travmatizasiyası.

Yüksək dərəcəli mütəxəssislər ən qısa zamanda dəqiq diqanostika, keyfiyyətli müalicə və kompleksli reabilitasiya planını təşkil etmək üçün klinikamızın geniş imkanlarından yararlanırlar:

Bütün növ ultrasəs müayinələr;

3d rekonstruksiyalı rəngli doppler kartlama;

Punksiya və kiçik cərrahi əməliyyatlar zamanı USM-lə kontrol müşahidə; 

Olimpus diaqnostik kompleksi vasitəsi ilə endoskopik müayinələr 200-dən çox laborator müayinə;

Müalicə və reabilitasiya ərəfəsində maksimal komfort şəraiti təmin edən gündəlik stasionar. 

Cərrahiyyə şöbəsində: müasir tibbi texnologiyalar, göz oxşayan dizayn və kompleks yanaşma, dünya tələblərinə uyğun qurulmuş, ən müasir avadanlıqlarla təchiz olunmuş cərrahi zal, əməliyyat zamanı ultrasəs müayinə və kontrol, müasir fizioterapevtik yeniliklərdən istifadə ilə əməliyyatdan sonraki dövrdə reabilitasiya kursu.

Cərrahi ixtisasımız:

  • ümumi cərrahiyyə
  • plastik cərrahiyyə
  • angiocərrahiyə (flebologiya)
  • proktologiya
  • endokrinologiya
  • ginekologiya
  • urologiya
  • travmatologiya
  • ortopediya
  • oftalmologiya

OKİ Klinikasında istifadə olunan müasir texnologiyalar əməliyyatdan sonrakı dövrünü 1-3 günədək azaltmağı mümkün edir. Hər cür şəraiti olan,  müasir təchizatlı  palatar pasiyentlərimizə öz işlərindən kənarda qalmamaq imkanını verir. Əməliyyatdan sonra həkim-dietoloq pasiyentin həyat tərzini və orqanizmin tələbatlarını nəzərə alaraq individual olaraq xüsusi menyu tərtib edəcək.