Qavriil İlizarov - 100

2021-ci ildə ortopediya dahisi hesab olunan, uşaqlıq illərini doğma diyarımız Qusarda keçirən, adı bu şəhərin küçələrindən birinə verilmiş dünya şöhrətli cərrah Qavriil İlizarovun 100 illik yubileyi qeyd olunacaq.
OKİ klinikası minlərlə insanı sağlamlıqlarına qovuşduran "İlizarov aparatı"nı əks etdirən abidəni klinikamızın həyətində ucaltmaqla Q.Ilizarovun xatirəsini əbədiləşdirmək qərarına gəlib. Həmin abidənin ən yaxşı eskiz layihəsi üçün müsabiqə elan edirik!


Qalib eskiz layihə üçün mükafat fondu 2000 AZN təşkil edir. İstifadə olunacaq materialların və təsvirin seçimində müəllif tam sərbəstdir.
Müsabiqədə daha çox insanların iştirak edə bilmələri üçün səhifə izləyicilərimizi bu postun altında tanıdıqları heykəltəraşları və dizayn studiyalarını qeyd etməyə dəvət edirik.

Burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi və profilaktikasına həsr olunmuş master-klasslar

17-26 oktyabr tarixlərində OKİ klinikasında Almaniyadan dəvət olunmuş otorinolarinqoloq (LOR) Dr. med. Thomas Overlack və surdoloq (eşitmə pozuntuları ilə məşğul olan mütəxəssis) Ruth Overlack burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi və profilaktikasına həsr olunmuş master-klasslar keçirəcəklər.

Reabilitoloq Norbert Yurgen Murr-un təqdimatında master-klasslar başa çatdı.

OKİ klinikasında Almaniyadan dəvət olunmuş reabilitoloq Norbert Yurgen Murr-un təqdimatında "Şəxsin mövcud fiziki və ya psixoloji qüsurun aradan qaldırılması, bərpası mümkünsüz qüsurlar nəticəsində yaranan mənfi təsirlərin minimum həddə çatdırılması, cəmiyyətə sağlam adaptasiyası tədbirlərinin həyata keçirilməsi" mövzusunda master-klasslar başa çatdı.

invaziv kardioloq Dr. İlqar Tahiroğlu OKİ klinikasında xəstələri qəbul edəcək.

Yerusalim Hadassah Universitet Xəstəxanasının (İsrail) mütəxəssisi, invaziv kardioloq Dr. İlqar Tahiroğlu OKİ klinikasında xəstələri qəbul edəcək.
İş təcrübəsi:
2019 – davam edir – İsrail, Yerusalim, Hadassah Universiteti, Ürək mərkəzi, İnvaziv Kardiologiya üzrə yüksək ixtisas
2014-2019 – İsrail, Yerusalim, Hadassah Universiteti, Ürək mərkəzi – kardiologiya üzrə rezidentura
2012-2014 – Türkiyə Cümhuriyyəti, Özəl xəstəxana, İnvaziv Kardiologiya və Kardiak Reanimasiya şöbəsində assistent həkim
Təhsil:
2010- 2011 – Türkiyə Cümhuriyyəti, Ondokuz Mayıs Universiteti – İnternatura
2004- 2010 – Türkiyə Cümhuriyyəti, Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi
Elmi işləri:
1.LOW SERUM ALBUMIN-A SIGNIFICANT PREDICTOR OF REDUCED SURVIVAL IN PATIENTS WITH CHRONIC HEART FAILURE. Journal-Clinical Cardiology.
2.MITRA CLIP THERAPY IN CRITICALLY ILL PATIENTS WITH SEVERE FUNCTIONAL MITRAL REGURGITATION AND REFRACTORY HEART FAILURE. Journal-The Journal of Heart Team
İcra etdiyi prosedurlar:
TAVI; MİTRAL CLİP; PERiFERİ DAMAR ANGİOPLASTİKASI; KORONAR ANGİOPLASTİKA; SAĞ HEMODİNAMİK KATETERIZASIYA; PFO QAPADILMASI; ASD QAPADILMASI; KAROTİS STENT; ÜRƏK KARDİOSTİMULYATORUN TAXILMASI

Məktəblilər üçün tibbi check-up

Məktəblərdə dərslərin başlanmasına çox az vaxt qalıb. Məktəbə hazırlıq sadəcə geyim və kitab-dəftər almaqla bitmir. Övladınızın fiziki sağlamlığını yoxlamısınızmı? Tibbi Check-up övladınızın xoşbəxt və savadlı gələcəyi üçün çox önəmlidir.

OKİ klinikası məktəblilərə güzəştli Check-up müayinəsi təklif edir:
✅ Pediatrın konsultasiyası
✅ Oftalmoloqun konsultasiyası
✅ LOR həkimin konsultasiyası
✅ EKQ
✅ Qanın ümumi analizi
✅ Sidiyin ümumi analizi
✅ Nəcisin ümumi analizi (qurd yumurtaları)

30 Avqust - Açıq qapı aksiyası

26 avqust tarixində cərrah, Professor Rüstəm Məmmədov OKİ klinikasında xəstələri qəbul edəcək

Professor Rüstəm Məmmədov 1975-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Tibb Universitetini bitirmişdir. Daha sonra Moskva şəhərində işləyib və dissertasiyasını müdafiə etmişdir. 2003-cü ildən Tibb Universitetinin Cərrahiyyə Kafedrasının professorudur.

Prof. R.Məmmədovun kompetensiyası:
✔Damar cərrahiyyəsi (lazer və açıq əməliyyatlar).
✔Qarın boşluğunda bütün növ laparoskopik və laparotomik əməliyyatlar.
✔Plastik əməliyyatlar və qarın boşluğu orqanlarının rekonstruktiv əməliyyatları.
✔Qadınlarda sidik-cinsiyyət sistemi orqanlarının əməliyyatları.
✔Endokrinoloji əməliyyatlar.

Dr. Gülnar Nuriyeva, Cərrah-Ginekoloq, süni mayalanma üzrə mütəxəssis

Təhsil:

2001-2007 – Azərbaycan Dövlət Tibb Universiteti

2007-2008 – Azərbaycan Dövlət Tibb Universitetinin Onkoloji Klinikasında interna proqramı

2012 – 2016 - Dokuz Eylül Üniversite Hastanesi Kadın Hastalıkları ve Doğum ABD, kadın hastalıkları ve doğum asistanı

2018 – davam edir – İsrail, Yerusalim Hadassah Universitet Xestexanası, Ginekologiya şöbəsi, Süni mayalanma bölümü – Fellowship programı

İş təcrübəsi:

2010-2011 - Zərdab rayon xəstəxanası, həkim onkoloq

2012-2016 - Ginekologiya ve Obstetri rezidenti, Dokuz Eylül Üniversite Hastanesi

2016 – 2017 - Qadın xəstəlikləri ve doğum uzmanı – Özel Bulut Hastanesi, Iğdır,Türkiye

2018 – davam edir. Fellowship, Yerusalim Hadassah Univesitet Xəstəxanası

 

Dr.İlqar Tahiroğlu, İnvaziv Kardioloq

İş təcrübəsi:

2019 – davam edir – İsrail, Yerusalim, Hadassah Universiteti, Ürək mərkəzi, İnvaziv Kardiologiya üzrə yüksək ixtisas

2014-2019 – İsrail, Yerusalim, Hadassah Universiteti, Ürək mərkəzi – kardiologiya üzrə rezidentura

2012-2014 – Türkiyə Cümhuriyyəti, Özəl xəstəxana, İnvaziv Kardiologiya və Kardiak Reanimasiya şöbəsində assistent həkim

Təhsil:

2010- 2011 – Türkiyə Cümhuriyyəti, Ondokuz Mayıs Universiteti – İnternatura

2004- 2010 – Türkiyə Cümhuriyyəti, Ondokuz Mayıs Universiteti Tibb Fakültəsi

Elmi işləri:

1.LOW SERUM ALBUMIN-A SIGNIFICANT PREDICTOR OF REDUCED SURVIVAL IN PATIENTS WITH CHRONIC HEART FAILURE. Journal-Clinical Cardiology.

2.MITRA CLIP THERAPY IN CRITICALLY ILL PATIENTS WITH SEVERE FUNCTIONAL MITRAL REGURGITATION AND REFRACTORY HEART FAILURE. Journal-The Journal of Heart Team

İcra etdiyi prosedurlar:

TAVI; MİTRAL CLİP; PERiFERİ DAMAR ANGİOPLASTİKASI; KORONAR ANGİOPLASTİKA; SAĞ HEMODİNAMİK KATETERIZASIYA; PFO QAPADILMASI; ASD QAPADILMASI; KAROTİS STENT; ÜRƏK KARDİOSTİMULYATORUN TAXILMASI

Iyul-avqust aylarında xəstələrin qəbulunu aparacaq həkimlərin siyahısı:

Qeydiyyatdan öncədən keçmək mütləqdir!

Mayın 20-dən 31-dək qastroenteroloq Elmİra Osmanova OKİ klİnİkasında xəstələrİ qəbul edəcək.

OKİ klinikasında MRT

May ayının 15-dən etibarən OKİ klinikasında Maqnit-rezonans tomoqrafı (MRT) istifadəyə veriləcək.
MRT – mürəkkəb, lakin təhlükəsiz və effektiv diaqnostika metodudur, ionlaşdırıcı şüalanma ilə bağlı deyil. Bu metod zamanı baş və onurğa beyni, onurğa sütunu, kiçik çanaq, böyrəklər, böyrəküstü vəzilər, diz oynaqları, yumşaq toxumaların müayinəsi zaman müxtəlif patoloji proseslər müəyyən olunur.

MRT müayinəsinin aparılmasının üstünlükləri.
Niyə biz MRT keçirilməsindən əvvəl tibbi müayinədən keçməyi məsləhət görürük?
Niyə bir sıra hallarda həkimlər məhz MRT-nı təyin edirlər?
Maqnit - rezonans tomoqrafiyasını hansı hallarda qətiyyən aparmaq olmaz?
MRT müayinəsini ehtiyatla keçirilməsi halları.
MRT-nın keçirilməsinə necə hazırlaşmaq lazımdır?
Maqnit-rezonans tomoqrafiya proseduru necə keçir?
Prosedur nə qədər davam edir?

Bu və digər suallara cavablar linkdə:  http://www.okiclinic.com/articles.php?id=92

Nevrologiya üzrə ekspert Dr. Ernst Hans Erman Şumaher-dən master-klasslar

10.06.2019 - 20.06.2019 tarixlərində Almaniyadan dəvət olunmuş nevrologiya üzrə ekspert Dr. Ernst Hans Erman Şumaher OKİ klinikasında növbəti master-klasslar keçirəcək.

Dr. Şumaherin kompetensiyası və təcrübəsi: Nevrologiyanın əsas sahələri. İlkin degenerativ xəstəliklər, o cümlədən demensiy. Tutmalar, o cümlədən epileptik tutmalar. Psixiatriyanın əsas sahələr. Sosial psixiatriya. Psixoterapiya. Dərin psixologiya. İnteqrativ idman və psixi pozuntularda, metabolik sindrom zamanı fiziki aktivlik terapiyası. 
Nevroloji xəstəliklərindən əziyyət çəkən azimkanlı xəstələr üçün AÇIQ QAPI aksiyası keçiriləcəkdir. Aksiyanın tarixi barədə məlumat veriləcək. Öncədən qeydiyyatdan keçmək mütləqdir.

Kosmetolji kabinetimiz xidmətinizdə!

OKİ klinikasında kosmetoloji kabinet fəaliyyətə başlayıb. Artıq mezoterapiya, fillerlərlə kontur plastika, biorevitalizasiya, cərrahi saplar, müxtəlif pilinqlər və maskalar, plazmaliftinq və digər kosmetoloji prosedurlardan tam təhlükəsiz və komfort şəraitdə yararlana biləcəksiniz. İstifadə olunan hər növ məhsulun kefiyyət serifikatı mövcuddur.

OKİ klinikasında “Otorinolarinqologiyada KT və endoskopik cərrahiyyə” mövzusuna aid seminar

24.02.2019-cu il tarixində OKİ klinikasında “Otorinolarinqologiyada KT və endoskopik cərrahiyyə” mövzusuna aid seminar keçirildi.
Tədbir çərçivəsində təqdimatla 2 mərüzəçi - tibb üzrə fəlsəfə doktoru – PH.D, ali dərəcəli həkim, N.Tusi klinikasının diaqnostik xidmətinin rəhbəri həkim-radioloq Dr. Yunis Əfəndiyev “Paranazal sinuslar və ostiomeatal kompleks - KT anatomiya və diaqnostika” adlı mühazirə və praktik məşqələ ilə və Tibb elmləri doktoru, Professor Rafik Rzayev «Endoskopik rinosinus cərrahiyyəsinin əsasları” master-klassla çıxış etdilər.

 

"Otorinolarinqologiyada KT və endoskopoik cərrahiyyə" adlı seminar.

Bu gün OKİ Klinikasında tibbi təlimçi Şirinov Sevindik tərəfindən “Ürəyin KKS (kəskin koronar sndrom) və Mİ (miokard infarktı) xəstəlikləri (etiologiyası, patogenezi, klinikası və müalicəsi), ÜİX-də (ürəyin işemik xəstəliyi) invaziv yanaşma” adlı tibbi təlim keçirildi.

   

      

OKİ-də daha bir tibbi təlim

Bu gün OKİ klinikasında tibbi təlimçi Şirinov Sevindik tərəfindən "Terminal hallar (aqoniya ərəfəsi dövrü, terminal pauza, aqoniya, klinik ölüm), reanimasiyon müdaxilələr "adlı tibbi təlimi tədris olundu.

 

 

OKİ klinikasında “Təxirəsalınmaz ginekologiya” adlı konfrans

09.02.2019 tarixində OKİ klinikasında “AK company” şirkəti ilə birgə təşkil olunmuş “Təxirəsalınmaz ginekologiya” adlı konfrans keçirilmişdir.

Konfransda “Mamalıq və ginekologiyada təxirəsalınmaz hallar zamanı ilk yardımın göstərilməsi və onların aradan qaldırılması yolları” mövzusunda cərrah mama-ginekoloq, qadın xəstəlikləri (Ginekologiya) və doğum şöbəsinin müdiri Dr.Alik Qurbanov məruzə ilə çıxış etdi.

Sual-cavab sessiyasından sonra Dr. Qurbanovdan master-klassa start verildi: laparotomiya, uşaqlığın artımlarla birgə ekstirpasiyası mərhələlərinin izahatı əməliyyat otağından konfrans zalına canlı yayımlandı.

Konfrans iştirakçıları yeni biliklər əldə etmək və həmkarları ilə təcrübə mübadiləsi aparmaq imkanı əldə etdilər.

 

Evdə tibbi xidmət

OKİ klinikasında yaradılan yeni “Evdə stasionar” tibbi xidməti artıq fəaliyyətə başlamışdır. Klinikamızda uzun müddət müalicə alan, tibbi nəzarətdə olan xəstəmiz üçün evdə kiçik reanimasiya modulu qurulub. Xəstə monitor dinamik müşahidə və həkim nəzarəti altında saxlanılır.

  

OKİ klinikasında yeni şöbə fəaliyyətə başlayıb

Tibbi reabilitasiya ciddi travma və xəstəliklərdən sonra ən effektiv bərpanı təmin edə bilir. OKİ tibb müalicəxanasının tibbi reabilitasiya və müalicəvi bədən tərbiyəsi şöbəsində çalışan həkim-reabilitoloqlar böyük təcrübəyə malik yüksək ixtisaslı peşəkarlardır.

Bir çox xəstəliklər zamanı müalicəvi bədən tərbiyəsinin (MBT) tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar. MBT müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur. MBT xəstəliyin müxtəlif formaları və mərhələləri zamanı xəstəliyin gedişatına və xəstənin individual xüsusiyyətlərinə uyğun olaraq fiziki yüklənməni bölməyə imkan verir.

Fiziki məşğələlərin xəstəlik barədə fikirlərdən yayınmağa xidmət edən müsbət təsirini, xəstədə fəallığı artırdığını, tezliklə sağalacağına ruhlandırdığını xüsusilə qeyd etmək lazımdır.

Reabilitasiya mərkəzinin əsas üstünlüyü hər pasiyent üçün bərpa proqramının individual olaraq tərtib olunmasıdır. Bərpa proqramlarının həyata keçirilməsi üçün müxtəlif üsul və aparatlardan istifadə olunur. Məşqlər qrup və fərdi şəkildə keçirilir. Məşqlərdə pasiyent üçün təhlükəsiz olan xüsusi trenajorlardan, müxtəlif masaj texnikalarından istifadə olunur. Erqoterapiya - əllərin xırda motorikasının işlənməsi seansları keçirilir. Müxtəlif fizioterapevtik prosedurlar, o cümlədən elektro- və maqnit terapiya və s. tətbiq olunur.

Fəaliyyətimizin əsas istiqamətləri:

Keçirilmiş travma və xəstəliklərdən, intensiv yüklənmələrdən sonra reabilitasiya

Tibbi müşahidə və sağlamlığa tibbi nəzarət

Çoxfunksional diaqnostik, reabilitasiya və fizioterapevtik aparatlarından istifadə etməklə xüsusi və klassik müayinə, bərpa və reabilitasiya metodların tətbiq olunması üçün individual olaraq tərtib olunmuş proqramlar

Tibbi xidmətlər

Travma və əməliyyat sonrası reabilitasiya

İzokinetik sistemin tətbiqi ilə əzələ və əzələ qruplarının funksional qabiliyyətinin test olunması və reabilitasiyası

Dayaq-hərəkət apparatının kəskin travma və ağırlaşmaların müalicəsi və reabilitasiyası

Sinir-əzələ və dayaq-hərəkət sisteminin xroniki xəstəliklərində funksiyaların bərpa edilməsi

Mürəkkəb rekonstruktiv əməliyyatlardan sonra xəstələrin reabilitasiyası

Müxtəlif növ diz və çiyin əməliyyətlarından sonra bərpa

Uşaqların hərəkət sisteminin nevroloji pozulmalarında (mərkəzi sinir sistemi və periferik sinirlərin travmaları, uşaq serebral iflici) reabilitasiya, beynin müxtəlif növ orqanik zədələnmələri və funksional pozulmaları olan uşaqlara tibbi yardım

Onurğa ağrılarının kompleksl müalicəsi

Fiziki reabilitasiya – pasiyentin individual fiziki imkanlarına uyğunlaşdırılmış etaplı yüklənmələr

Fiziki məşqlər, müalicəvi gimnastika

Elektro- və exokardioqrafiya (EKQ və ExoKQ)

Psixoloji reabilitasiya

Veloerqometriya

Tredmil-test

Stress-ExoKQ

Proseduralar:

Medikamentoz müalicə (iltihabəleyhinə və ağrıkəsici)

Müalicəvi bədən tərbiyəsi

Manual terapiya

Fizioterapevtik prosedurlar

Onurğanın dartılması

Masaj

Bərpa dinamikasına həkim nəzarəti

İstifadə olunan vasitələr:

Gimnastik şarlar

Gimnastik çubuqlar

Qantellər

Espander

Yüklər

İsveç divarı

Kuznetsov applikatoru

Trenajorlar

Velotrenajor

Xüsusi yumşaq mebel

Reabilitasiya asqısı

Motorikanın inkişaf etdirilməsi üçün vasitələr

Qaçış trenajoru

Müalicəvi bədən tərbiyəsi üçün batut

Müxtəlif taburetlər

Trenajor lövhə

Kinezioloji teyp

Üstünlüklərimiz:

- Müxtəlif profilli həkimlərin daimi nəzarəti

- Xüsusi avadanlıqlarla təchiz olunmuş otaqlar

Endokrinoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərin nəzərinə!

Ayda iki dəfə, bazar günləri OKİ klinikasında həkim-endokrinoloq Fəridə Nəsirli xəstələri qəbul edəcək. 

Qeydiyyatdan öncədən keçmək mütləqdir
Ünvan: Qusar şəh., F. Musayev küç., 27
 +994 023 385-29-15; +994 023 385-58-61​

OKİ klinikasında pediatriya və uşaq nevrologiyası üzrə mütəxəssis, tibb elmləri doktoru Werner Deigendesch-in təqdimatında keçirilən master-klasslar uğurla başa çatdı.

Alman həmkarımıza bilik və təcrübəsini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, növbəti görüşlərədək onunla sağollaşırıq.

   

   ÐÐ° данном изображении может находиться: 1 человек, улыбается, стоит, на улице и природа

Oktyabr ayında OKİ tibb müalicəxanasında hematoloq Anna Qurbanova pasiyentləri qəbul edəcək.

Dr. Anna Qurbanovanın kompetensiyası: müxtəlif mənşəli anemiyalar, hemorragik sindrom, eritrositozun və digər hematoloji xəstəliklərin diaqnostikası və müalicəsi.

Qeydiyyatdan öncədən keçmək mütləqdir.

Əlaqə nömrələrimiz: +994 023 385-29-15;  +994 023 385-58-61

 

 

 

11-23 sentyabr 2018-ci il tarixlərində  OKİ klinikasında pediatriya və neyropediatriya üzrə master-klasslar

11-23 sentyabr 2018-ci il tarixlərində  OKİ klinikasında Almaniyadan dəvət olunmuş pediatriya və neyropediatriya üzrə ekspert tibb elmləri doktoru Werner Deigendesch beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək

  • uşaqlarda neyrodegenerativ, neyrometabolik xəstəliklər daxil olmaqla mərkəzi sinir sistemi xəstəlikləri
  • nevroloji profilli xəstələrin reabilitasiyası
  • uşaq nevrologiyası
  • inkişaf qüsurlarının erkən diaqnostikası
  • əlillik riski olan və ya əlilliyi olan uşaqlara baxım
  • əlilliyi, uşaq serebral iflici olan uşaq və yeniyetmələrin reabilitasiyası
  • uşaqlarda epilepsiyanın müalicəsi
  • uşaqlarda əqli inkişaf geriliklərin müalicəsi
  • hiperaktivlik, dərslərin qavranmasında problemləri olan uşaqlar
  • EEQ ilə epileptologiya sahəsində xüsusi biliklər, profilaktika və vaksinologiya sahəsində geniş təcrübə, nevroloji profilli xəstələrin reabilitasiyası.

OKİ Klinikasında  "Kardiologiyada mürəkkəb kliniki hallar" mövzusunda konfrans

30.06.2018 tarixində Azərbaycan Tibb Universitetinin Kardiologiya Akademiyası və  Azərbaycan Aritmiya Alyansı OKİ Klinikasında "Kardiologiyada mürəkkəb kliniki hallar" mövzusunda konfrans keçirmişlər. Konfransda Fərid Əliyev, Fuad Səmədov, Rüfət Zeynalov məruzələrlə çıxış etdilər.

  

  

  

24 iyun tarixində OKİ klinikasında pediatr-nevropatoloq Esmira Həsənzadə pasientləri qəbul edəcək. Qəbula öncədən yazılmaq xahiş olunur.

Piroqov adına Moskva Dövlət Tibb Universitetini və həmin universitetin nevrologiya kafedrasının kliniki ordinaturasını bitirmiş, İstanbul BNM-də neyrofiziologiya və EEG üzrə təkmilləşmiş pediatr-nevropatoloq Dr. Esmira Həsənzadə 0-18 yaş qrupunda nevroloji və nevropsixoloji xəstəliklərin professional diaqnostika və müalicəsini aparır.

9 may tarixində saat 11.00-dan 14.00-dək OKİ klinikasında həkim-alqoloq Dr. Ramin Tahirzadə xəstələrin ödənişsiz müayinəsini həyata keçirəcək.


Alqoloq - müxtəlif mənşəli ağrı sindromlarının müalicəsi ilə məşğul olan mütəxəssisdir. 
Alqologiya nədir? Alqologiya kəskin və xroniki ağrıların kompleksli şəkildə öyrənilməsi, ağrının patofiziologiyası, zədələyici təsirlərin sistemi, diaqnostikanın keyfiyyətinin artırılması, həmçinin, ağrının daha müasir/selektiv metodlarla aradan qaldırılması ilə məşğul olan tibb sahəsidir. Alqologiya ağrı hissi ilə birbaşa əlaqəli olan anesteziologiya, travmatologiya, nevrologiya, onkologiya, psixiatriya, psixologiya, epidemiologiya, farmakologiya və digər elmi fənlərin kəsişməsindədir.

Pasiyentlərin nəzərinə!

09.05.2018 – ci il tarixində klinikamızda neyrocərrah Dr. Afər Allahverdiyev ödənişsiz qəbul aparacaq.

 

14 aprel tarixində OKİ klinikasında "Cərrahiyyədə venoz tromboembolik ağırlaşmaların profilaktikası və müalicəsi: tövsiyyələrdən real təcrübəyə" mövzusunda konfrans keçirilmişdir.

Spikerlər qismində tibb elmləri doktoru, cərrah  Bəxtiyar Musayev  və alman həmkarımız, cərrah professor Michael Butters çıxış ediblər.

3 fevral 2018-ci il tarixində OKİ klinikasında Uzman Dr. Fuad Məmmədov (Ankara Universiteti Tibb Fakultəsi) pasiyentləri qəbul edəcək

Ətraflı məlumat üçün əlaqə nömrələri:  +994 023 385-29-15;  +994 023 385-58-61

Cərrahiyyə üzrə master-klasslar

2018-ci ilin aprel ayının 8-dən 21-dək  OKİ klinikasında Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert professor Michael Butters cərrahi xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Visseral cərrahiyyədə ixtisaslaşan mütəxəssis cərrahiyyənin bütün sahələrində geniş təcrübəyə malikdir. Dr.Michael Butters-in təcrübəsi: ümumi cərrahiyyənin tam spektoru, visseral və xüsusi visseral cərrahiyyənim tam spektoru, minimal invaziv cərrahiyyə, böyük əməliyyatlar zamanı və onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin intensiv monitorinqi və müalicəsi.

Ətraflı məlumat üçün əlaqə nömrələri:  +994 023 385-29-15;  +994 023 385-58-61

07.01.2018 tarixində OKİ klinikasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Açıq qapılar" aksiyası keçirildi.

OKİ klinikası və "Viqas Med Quba" psixoloji və nitq inkişafı mərkəzinin birgə layihəsi olan bu aksiya çərçivəsində balaca pasiyentlərimiz loqoped-defektoloq, psixoloq, nevropatoloq, kardioloq, endokrinoloq, ortoped, dermatoloq, LOR və digər mütəxəssislərin qəbulunda oldular və bütün tibbi xidmətlərdən ödənişsiz yararlana bildilər.

 

 

 
OKİ tibb müalicəxanası və "Viqas Med Quba" psixoloji və nitq inkişafı mərkəzinin birgə layihəsi

Professor Michael Butters-dan yeni master-klasslar

2018 – ci ilin aprel ayının birinci yarısında OKİ klinikasında Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert professor Michael Butters cərrahi xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Visseral cərrahiyyədə ixtisaslaşan mütəxəssis cərrahiyyənin bütün sahələrində geniş təcrübəyə malikdir. Dr.Michael Butters-in təcrübəsi: ümumi cərrahiyyənin tam spektoru, visseral və xüsusi visseral cərrahiyyənim tam spektoru, minimal invaziv cərrahiyyə, böyük əməliyyatlar zamanı və onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin intensiv monitorinqi və müalicəsi.

Ətraflı məlumat üçün əlaqə nömrələri: 

+994 023 385-29-15;  +994 023 385-58-61

Tibb elmləri doktoru Werner Deigendesch-in təqdimatında pediatriya və neyropediatriya üzrə master-klasslar

2018-ci ilin sentyabr ayında OKİ klinikasında Almaniyadan dəvət olunmuş

neyropediatriya üzrə ekspert tibb elmləri doktoru Werner Deigendesch

pediatrik və neyropediatrik xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Mütəxəssis pediatriya və neyropediatriyanın bütün sahələrində geniş təcrübəyə malikdir. Dr. Werner Deigendesch -in təcrübəsi: Uşaqlarda neyrodegenerativ, neyrometabolik xəstəliklər daxil olmaqla mərkəzi sinir sistemi xəstəlikləri, nevroliji profilli xəstələrin reabilitasiyası, uşaq nevrologiyası, inkişaf qüsurlarının erkən diaqnostikası, əlillik riski olan və ya əlilliyi olan uşaqlara baxım, əlilliyi, uşaq serebral iflici olan uşaq və yeniyetmələrin reabilitasiyası, uşaqlarda epilepsiyanın müalicəsi, uşaqlarda əqli inkişaf geriliklərinin müalicəsi, hiperaktivlik, dərslərin qavranmasında problemləri olan uşaqlar, EEQ ilə epileptologiya sahəsində xüsusi biliklər, profilaktika və vaksinologiya sahəsində geniş təcrübə, nevroloji profilli xəstələrin reabilitasiyası.

OKİ klinikasının həkim-radioloqu Lalə Hüseynova radiologiya üzrə online imtahanda ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülmüşdür.

OKİ klinikasının həkim-radioloqu Lalə Hüseynova hər il dünyada 350-ə yaxın radioloqun iştirak etdiyi  radiologiya üzrə online imtahanda ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülmüşdür. Bu münasibətlə həmkarımız Lalə xanımı təbrik edirik, uğurları bol olsun deyirik!

Ətraflı linkdə: https://sonoworld.com/TheFetus/page.aspx?id=3818

14 Noyabr - Ümumdünya Diabet Günü münasibəti ilə Aksiya!

14 Noyabr - Ümumdünya Diabet Günü münasibətilə OKİ klinikasında şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün endokrinoloqun qəbulu və qandı şəkərin təyini ödənişsiz olacaq.

Əlaqə nömrələri: +994 023 385-29-15;  +994 023 385-58-61

"Ürəyin topoqrafiyası, anatomik quruluşu və iş prinspi" təlimi

OKİ klinikasının tibbi personalı üçün tibbi təlimçi Şirinov Sevindik tərəfindən təşkil olunmuş "ürəyin topoqrafiyası, anatomik quruluşu və iş prinsipi" adlanan  tibbi təlimdən görüntülər. 

OKİ klinikasında Almaniyadan dəvət olunmuş radiologiya üzrə mütəxəssis, professor Frans Fobbenin təqdimatında keçirilən master-klasslar yekunlaşdı.

                                                                                                                                            

 

Radioligiya üzrə master-klasslar

Oktyabr ayının 4-dən 13-ə kimi OKİ klinikasında Almaniyadan dəvət olunmuş radiologiya üzrə ekspert professor Dr.Franz Fobbe radiologiya sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Ekspert radiologiyanın bütün əsas sahələrində geniş təcrübəyə malikdir. Professional təcrübə ənənəvi rentgenoqrafiyanı, kompüter tomoqrafiyasını, USM-ni ( o cümlədən USM nəzarəti ilə punksiya götürülməsi) əhatə edir.

Prof. Frans Fobbenin kompetensiyası və iş təcrübəsi: diaqnostik vizualizasiyanın əsas istiqamətləri, intervension radiologiya (regional və yerli kimyaterapiya, portal hipertenziyanın müalicəsi, arterial və venoz damar müdaxilələri), diaqnostik və intervension ultrasəs müayinələr ( boz və rəngli dupleks USM, USM nəzarəti altında punksiyanın götürülməsi), ənənəvi radiologiya, həmçinin kompüter tomoqrafiyası, aşağı ətrafların dərin damarları və çanaq damarlarının diaqnostik vizualizasiyası.

Əlavə məlumat üçün tel..: +994(23)385 29 15; +994 (50) 597 16 47

Yalnız iki gün, avqust ayının 6-sı və 13-ü OKİ klinikasında travmatoloq-ortoped Əliyev Nadir Muradoviç xəstələri qəbul edəcək.

Dayaq-hərəkət aparatı xəstəliklərinin diaqnostikası və müalicəsi: müxtəlif travmatik zədələnmələr, həmçinin əzələ, oynaq, vətər və sümüklərin  anadangəlmə və qazanılmış xəstəlikləri və deformasiyaları. 

Qəbula öncədən yazılmaq mütləqdir!

Əlaqə nömrələri: +994(23)385 29 15; +994 (50) 597 16 47

Сərrahi xəstələrlə iş və iş yerində tibbi nəzarət sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar

Avqust ayının 6-dan 20-dək OKİ klinikasında Almaniyadan dəvət olunmuş visseral və torakal cərrahiyyə üzrə ekspert, tibb elmləri doktoru Volfqanq Titius cərrahi xəstələrlə iş və iş yerində tibbi nəzarət sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Baş mütəxəssis ixtisası visseral və torakal cərrahiyyə olmaqla cərrahiyyənin bütün sahələrində geniş təcrübəyə malikdir.

Dr. Volfqanq Titiusun kompetensiyası və iş təcrübəsi: ümumi cərrahiyyə, həmçinin visseral və torakal cərrahiyyə üzrə mütəxəssis, səhiyyənin beynəlxalq menecmenti üzrə mütəxəssis, rentgendiaqnostika və transfuziologiya üzrə mütəxəssis, İcbari tibbi sığorta birliyinin (KV) təcili yardım xidmətinin həkimi, İngiltərə Milli Səhiyyə Xidmətinin cərrah-konsultantı. Bundesver və NATO kursları sertifikatı.

"Ürək dayanmalarda ilkin tibbi yardım"  təlimi

Oki klinikasinin tibbi təlim mərkəzi 2 N-li BBTK-in həkim-müəllim heyətinə Amerika Ürək Assosiasiyasının BLS (basic life support) sertifikatina uyğun olaraq "Ürək dayanmalarda ilkin tibbi yardım"  təlimini keçdi.

Təlimçi: Şirinov Sevindik

"EKQ-nin düzgün çəkilmə texnikası" mövzusunda OKİ klinikasının yeni işçiləri üçün treninq.

OKI klinikasının orta tibb işçiləri üçün tibbi təlim

OKI klinikasının orta tibb işçilərinə  paramedik Şirinov Sevindik tərəfindən Reanimasiya və İntensiv terapiya şobəsi ilə ümümi tanışlıq, reanimasiya şöbəsində xəstələrə qulluq və ən son reanimasyon tibbi cihazları ilə işləmə qaydalarına dair tibbi təlim keçirildi. Təlimdən bəzi görüntülər:

 

1 İyun - "OKİ" klinikasında "Açıq qapı" aksiyası

1 İyun tarixində "OKİ" klinikasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" devizi altında Açıq qapı aksiyası keçirilmişdir. 

 

20 aprel - OKİ klinikasında "Açaq qapı" günü

20 aprel tarixində OKİ klinikasında ginekoloji profilli xəstələr üçün "Açıq qapı" aksiyası keçiriləcəkdir. OKİ klinikasının 20 illiyinə həsr olunmuş, "Sağlam qadın - xoşbəxt cəmiyyət" devizi altında keçiriləcək bu aksiya çərçivəsində xanımlar aşağıdakı müayinələrdən ödənişsiz yararlana biləcəklər: Qinekoloqun konsultasiyası; Kolposkopiya; Ginekoloji USM; Ginekoloji yaxma; Mammoqrafiya; Süd vəzilərinin USM-si

Qəbula öncədən yazılmaq mütləqdir!

 

OKİ klinikasında nevroloq Dr. Ernst Hans Erman Şumaherin təqdimatında master-klasslar uğurla başa çatdı.

 
 
 
 
 
 
 
 
 
 
 
OKİ klinikasının tibbi təlim mərkəzinin növbəti First Aid təlimi.

OKİ klinikasının tibbi təlim mərkəzinin təlimçisi Şirinov Sevindik tərəfindən Absheron Hotel Group, Pik Palace Hotel Shahdag, Park Chalet Hotel Shahdag, Autograph Collection -nın isçi heyyəti üçün sənayə təbabəti üzrə nəzəri və praktiki hissələrdən ibarət "İlk tibbi yardım (First Aid)" təlimi keçirildi.

Təlimdən bəzi görüntüləri təqdim edirik:

   

   

 

   

 

   

   

 

OKİ klinikasında ginekoloq, professor İrmqard Poşun təqdimatında keçirilmiş master-klasslardan fotolar:

   

   

   

   

   

   

   

   

   

   

   

 

 

 

 

“HƏYAT NAMİNƏ BİRLİKDƏ!”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə hər il 12,7 milyon xərcəng xəstəliyinə tutulma halı qeydə alınır. Onların 1 milyonu qadın cinsi orqanlarının xərçəngi və süd vəzisi xərçənginin payına düşür. Bədxassali törəmələrdən ölüm hallarının azaldılmasının yollarından biri də skrininqdir - kütləvi profilaktik müayinələr aparmaqla simptomsuz süd vəzi xərçənginin müəyyən edilməsi. 30 yaşından yuxarı qadınlar hər il uşaqlıq boynu, yumurtalıqlar və süd vəzilərinin skrininqini keçməlidirlər. OKİ klinikası ginekoloji və süd vəzi xəstəliklərinin profilaktik skrininq-müayinələrini ən aşağı qiymətlərlə təklif edir.

Uşaqlıq boynu və yumurtalıqların xərçənginin skrininqi: artıq 104 AZN yox, cəmi 59 AZN

 

• Ginekoloqun konsultasiyası

• Kolposkopiya

• Ultrasəs müayinə (USM-ginekoloji)

• CA-125

• PAP test

• Qanın ümumi analizi

 

Süd vəzisi xərçəngin skrininqi: artıq 63 AZN yox, cəmi 35 AZN

• Ginekoloq və ya mammoloqun baxışı

• Ultrasəs müayinə (USM-süd vəziləri)

• CA15-3

• Qanın ümumi analizi

 

Bir dəfəyə hər iki skrininq-müayinəsindən keçdiyiniz halda əlavə endirim tətbiq olunur.

Tələbələr üçün xoş xəbər!

OKİ klinikası tələbələr üçün bütün xidmətlərə 20% endirim elan edir! Endirimlərdən faydalanmaq üçün tələbə biletinizi təqdim etməyiniz xahiş olunur!

Контактные номера: +994(23) 385 29 15, +994 (50) 597 16 47

 

26.02.2017 - 17.03.2017 tarixlərində Almaniyadan dəvət olunmuş ekspert, həkim-nevroloq Dr. Ernst Hans Erman Şumaher OKİ klinikasında nevroloji profilli xəstələrlə iş sahəsində beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Əlaqə nömrələrimiz:   +994(23) 385 29 15, +994 (50) 597 16 47

Dr. Ernst Hans Erman Şumaherin kompetensiyası və təcrübəsi:

- Nevrologiyanın əsas sahələri

- İlkin degenerativ xəstəliklər, o cümlədən demensiya

- Tutmalar, o cümlədən epileptik tutmalar

- Psixiatriyanın əsas sahələri. Sosial psixiatriya. Psixoterapiya

- Dərin psixologiya

- İnteqrativ idman və psixi pozuntularda və metabolik sindromu zamanı fiziki aktivlik terapiyası

15.01.17 - 04.02.2017 tarixlərində Almaniyadan dəvət olunmuş ekspert, ginekoloq, tibb elmləri doktoru İrmqard Poş  OKİ klinikasında ginekoloji profilli xəstələrlə iş sahəsində  beynəlxalq tibb standartlarına uyğun master-klasslar keçirəcək.

Əlaqə nömrələrimiz:   +994(23) 385 29 15, +994 (50) 597 16 47

Mütəxəssisin kompetensiyası və iş təcrübəsi:

- Ginekologiyanın bütün sahələri
- Endoskopik cərrahiyyə metodları
- Laparoskopik cərrahiyyə
- İlkin və takrar qeysəriyyə əməliyyatları
- Minimal invaziv əməliyyatlar
- Ultrasəs müayinə metodları

OKİ özəl tibbi müalicəxanasında tibbi təlimçi Şirinov Sevindik tərəfindən Sənayə təbabəti üzrə aşağıdakı tibbi təlimlər keçirilir:

1. Həkimə qədər ilk tibbi yardım.

2. Ürək, ağciyər reanimasiyası, ürəyin qapalı masajı və süni tənəffüs.

3. Qanaxmalar. Qanaxmalar zamanı ilk tibbi yardım.

4. Asfiksiyalar və boğulmalar zamanı ilk tibbi yardım.

5. Qıcolmalar zamanı ilk tibbi yardım.

6. Travmalar və sınıqlar zamanı ilk tibbi yardım.

Tibbi təlimlərdən görüntülər:

   

   

   

   

 

 

14 Noyabr - Açıq qapılar günü

14 Noyabr - Dünya diabet günü, OKİ klinikasında "Açıq qapılar" aksiyası keçiriləcək. Diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərimiz qanda şəkərin təyini müayinəsi  və endokrinoloqun konsultasiyasından tamamilə ödənişsiz faydalana bilərlər. 

Bizimlə əlaqə : 
+994 ( 23 ) 395 29 15
+994 ( 50 ) 597 16 47

Ünvan: Qusar şəh., Firuddin Musayev küç. 27 

 

"OKİ" klinikası yeni vakansiyalar üzrə müsabiqə elan edir.

  

Saytımızın baş menyusundakı "Vakansiyalar" bölümünə daxil olmaqla həm mövcud vakansiyaların tam siyahısı ilə tanış ola, həm də "Elektron ərizə" formasını doldura bilərsiniz.  

+994(23)385 29 15; +994 (50) 597 16 47

29. 10. 2016 tarixindən başlayaraq "OKİ" klinikasında ayda bir dəfə həkim-psixoloq, Qadın Krizis Mərkəzinin təsisçisi Dr. Azad İsazadə qəbul aparacaq.

Konsultasiyaya öncədən yazılmaq üçün əlaqə nömrələrimiz: +994(23)385 29 15, +994 50 597 16 47

Pasiyentlərin nəzərinə! 23.09.2016-dan – 01.10.2016-dək klinikamızda Qazaxıstandan gələn neyrocərrah Dr. Zaur Nurəliyev qəbul aparacaq.

Əlavə məlumat üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz: 

+994(23)385 29 15, +994 50 597 16 47

 

Pasiyentlərin nəzərinə! Həftənin cüt günləri klinikamızda ginekoloq Dr. Kazımova Rəqsanə kolposkopiya müayinəsi aparır.

Kolposkopiya uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəngəqədərki və xərçəng dəyişikliklərini aşkar etməyə imkan verən müayinə növüdür. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir. 

Bu müayinə nə üçündür?

Kolposkopiya uşaqlıq boynunun eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziyası və xərçəngi kimi xəstəliklərin diaqnostika metodudur. Bir qayda olaraq, kolposkopiya sitologiyanın nəticələri pis olduqda ( sitologiyaya görə yaxma, PAP-test) və ya həkimdə uşaqlıq boynunda hansısa patologiyaya şübhə yarandıqda, təyin olunur

Kolposkopik müayinənin qiyməti - 20 AZN

                                                              

Avqust ayının 01-dən 22-dək klinikamızda Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert  professor Dr.Michael Butters  qəbul aparacaq

Hörmətli pasiyentlər və
“OKİ” klinikasının ziyarətçiləri!

Avqust ayının 01-dən 22-dək klinikamızda Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert 
professor Dr.Michael Butters 
qəbul aparacaq.

Baş mütəxəssis cərrahiyyənin bütün sahələrində, ixtisası visceral cərrahiyyə olmaqla, yüksək keyfiyyətli, geniş və uzunmüddətli təcrübəyə malikdir.
Dr.Michael Butters-in 
səriştəsi və təcrübəsi:
Ümumi cərrahiyyənin bütün spektri, visceral və xüsusi visceral cərrahiyyələrin tam spektri. Minimal invaziv cərrahiyyə, böyük əməliyyatlar zamanı xəstələrin intensiv monitorinqi və müalicəsi.

Pasiyentlərin nəzərinə! Hər həftənin cümə günü saat 13:00 -17:00 -dək klinikamızda psixoterapevt Dr. Yunis Heybətov qəbul aparır.

Ətraflı məlumat üçün +994(23)385 29 15, +994 50 597 16 47 nömrələrinə zəng edə bilərsiniz.

Pasiyentlərin nəzərinə! Avqust ayının 1-dən 22-dək OKI Klinikasında cərrahiyyə üzrə ekspert Almaniyalı professor Michael Butters qəbul aparacaq.

 

Hörmətli pasiyentlər və “OKİ” klinikasının ziyarətçiləri!

Avqust ayının  01-dən 22-dək klinikamızda Almaniyadan dəvət olunmuş cərrahiyyə üzrə ekspert professor Dr.Michael Butters 
qəbul aparacaq.

Baş mütəxəssis cərrahiyyənin bütün sahələrində, ixtisası visseral cərrahiyyə olmaqla, yüksək keyfiyyətli, geniş və uzunmüddətli təcrübəyə malikdir.
Dr.Michael Butters-in təcrübəsi:
Ümumi cərrahiyyənin bütün spektoru, visseral və xüsusi visseral cərrahiyyələrin tam spektoru. Minimal invaziv cərrahiyyə, böyük əməliyyatlar zamanı xəstələrin intensiv monitorinqi və müalicəsi. 

Tel/Faks: +994 233 85 36 03
Qeydiyyat: +994 233 85 29 15;  + 994 233 85 58 61
Cərrahiyə: +994 233 85 43 56

1 Iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Oki Klinikasında uşaqlar üçün bütün müayinələr ödənişsiz olacaq.

1 İyun - OKİ Klinikasında "Açıq Qapılar" günü keçiriləcək.
Uşaqlar üçün bütün müayinələr ödənişsiz olacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə balalarımızı təbrik edirik!

İyun ayının 01-dən 25-dək klinikamızda radiologiya üzrə alman eksperti professor dr.Franz Fobben qəbul aparacaq.

Əlaqə məlumat üçün aşağıdaki nömrəyə zəng edə bilərsiniz: +994(23)385 29 15 

Həkim-endoskopist Dr. Elman İbrahimov klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz

Dermatoloq Dr. Teyyar Əliyev klinikamızda xəstələri qəbul edir.

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib vaxtı dəqiqləşdirə bilərsiniz.

Hepatoloq, qastroenteroloq Dr. Sevindik Arazov klinikamızda xəstələri qəbul edir.

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edə bilərsiniz.

Kardioloq Dr. Flora Yusifova klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna qabaqcadan yazılmaq olar. Bunun üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Ginekoloq Dr. Alik Qurbanov klinikamızda xəstələri qəbul edir.

Həkimin qəbuluna yazılmaq üçün  +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz

Mammoloq Dr. Samir Qurbanov klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edərək bizimlə əlaqə saxlaya bilərsiniz.

Oftalmoloq Dr. Mübariz Qəhrəmanov klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Həkim - angioloq Dr. Çingiz Abdullayev klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Plastik cərrah Dr. İva Kuzanov klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Cərrah Dr. Bəxtiyar Musayev klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Uşaq nevropatoloqu Dr. Nigar Axundova klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna +994 (23) 385-29-15 nömrəsinə zəng edib yazilmaq olar

Ftiziatr Dr. Kamal Əliyev klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz

Travmatoloq Dr. Araz Cəfərov klinikamızda xəstələri qəbul edir

Həkimin qəbuluna yazılmaq üçün +994 (23) 385-29-15 nömrəsinə zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz.