OKİ Klinikası Azərbaycanda pasientlərin etibarını qazana bilmiş çoxprofilli müasir tibbi müalicəxanası kimi tanınır. Klinikamız 1997-ci ildən fəaliyyət göstərir, respublikamızın ilk özəl tibb mərkəzlərindəndir və tibb sahəsində öz liderlik pozisiyasını artıq 18 ildir ki saxlayır. Klinikamızda 70 nəfərdən çox işçi çalışır. OKİ Klinikası əhaliyə tibbi-profilaktik, müalicəvi-diaqnostik, konsultativ və reabilitasiya xidmətləri göstərir. Hal hazırda klinikada 40-dan artıq istiqamətdə tibbi xidmətlər mövcuddur: stomatologiya, ginekologiya,urologiya, oftalmologiya, dermatologiya, nevrologiya, allergologiya və s. Həkim heyətimiz daim öz üzərində çalışan, beynəlxalq və regional konfranslarda iştirak edən təcrübəli peşəkarlardan ibarətdir. Bütün müayinələr beynəlxalq standartlara uyğun şəkildə aparılır. İlk pasientimizə xidmət göstərdiyimiz gündən bu günə kimi kollektivimiz yüksək professionallığı, öz peşəsinə  və insanlara olan sevgisi ilə seçilir. Sizin etibarınızı qazanmaq üçün biz maksimal dərəcədə bütün potensialımızı, iş təcrübəmizi, tibbin yeniliklərini və müasir apparat komplekslərin imkanlarını bir araya gətirərək çalışdıq. Çox sevindirici haldır ki, pasiyentlərimiz bizim cəhdlərimizi layiqincə qiymətləndirir və sağlamlıqlarını bizə etibar eləməyə davam edirlər. Təbii ki, qazandığımız uğurlarla kifayətlənmirik. Daim müştərilərimiz üçün müayinə və müalicə xidmətlərinin yeni növlərini təşkil edirik. Sığorta şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Daha ətraflı


  • Müalicəvi-diaqnostik prosedurlar
  • Kompleks-profilaktik müayinələr
  • Laborator instrumental diaqnostika
  • Tibbi sığorta
  • Həkimlərin konsultasiyaları
  • Cərrahiyyə