OKI
Məqalələrə qayıtmaq

OKİ klinikasında MRT

MRT müayinəsinin aparılmasının üstünlükləri:

  • Təhlükəsizlik.MRT müayinəsinin keçirilməsi zaman orqanizm zərərli radioaktiv təsirə məruz qalmır, buna görə də prosedur sağlamlıq üçün təhlükəsizdir. Müayinədən hamilə qadınlar, südəmər uşaqlar və hətta yenidoğulmuşlar keçə bilər.
  • Ağrının olmaması. Prosedur ağrı və diskomfort yaratmır.
  • Yaxşı görüntü qabiliyyəti. MRT - ən dəqiq diaqnostika növüdür. Tomoqramda orqanlar, yumşaq toxumalar, oynaqlar və ətraf toxumalar aydın görünür.
  • MRT müayinəsi əlavə effekt yaratmır.
  • MRT müayinəsi xüsusi hazırlıq tələb etmir.
  • Müayinədən sayında limit olmadan keçmək olar.

Niyə biz MRT - dən əvvəl tibbi müayinədən keçməyi məsləhət görürük?

Əgər Sizdə həkimin təyinatı yoxdursa, bizim həkimimizin ilkin müayinəsindən keçməyiniz məna kəsb edir, bunun sayəsində MRT-diaqnostika daha effektiv olacaq. Sizin MRT müayinəsinız məhz o zəruri zona üzrə dəqiqləşdiriləcək. Ola bilsin ki, Siz lazımsız müayinəsi keçirmədən hətta qənaət edə biləcəksiniz. Prosedur, düzgün diaqnozu müəyyən etməyə kömək edəcək.

Niyə bir sıra hallarda həkimlər məhz MRT-nı təyin edirlər?

  • Rentgendən fərqli olaraq, yalnız sümük toxumalarını deyil, həmçinin qığırdaqlar, vətərlər, sinirlər, əzələlər və qan damarlarını yoxlamaq imkanı olur.
  • Patologiya zonasının dəqiq təsvirini almağa, onun yayılması sahələrini bir millimetrə qədər dəqiqliklə müəyyən etməyə imkan verir.
  • İnsanın orqanizminə şüa yüklənməsi göstərmir, prosedurların miqdarı qeyri-məhduddur.
  • Şişlərin bəzi növlərini kompüter tomoqrafiyasından daha yaxşı vizualizasiya edir.
  • Müxtəlif patologiyaların aşkar edilməsi üçün informativ və etibarlı üsuldur.

MRT-nı hansı hallarda qətiyən aparmaq olmaz?

  • Kardiostimulyator və ya digər elektron cihazların olması;
  • Metal qəlpələr, göz nahiyəsində yad metal cism;
  • Orta qulağın elektron və ya ferromaqnit protezləri;
  • Ferromaqnit İlizarov aparatları;
  • İri metal daxili protezlər;
  • Baş beyin damarlarının qan saxlayan sıxacları;
  • Müdaxilədən sonra orqanizmdə saxlanılan metal əşyalar;
  • Kəllədaxili anevrizma;
  • Allergik reaksiya və ya maqnit kontrast maddəyə dözümsüzlük (diaqnostika prosesində istifadəsi lazım gəldikdə).

MRT müayinəsini ehtiyatla keçirilməsi halları:

  • Metal stimulyatorlar;
  • İnsulin pompaları;
  • Xarici ritm aparıcısı;
  • Daxili qulaq protezlərinin bəzi növləri;
  • Ürək qapağı protezləri;
  • Baş beyin damarları xaricində qan saxlayan sıxacları;
  • Kontrastlama zamanı hamiləlik və laktasiya (ginekoloqun rəyini almaq lazımdır);
  • Xəstənin qeyri - adekvat davranışı;
  • Narkotik və alkoholun təsiri altında vəziyyət (bu zaman xəstə öz hərəkətlərini hər zaman adekvat qiymətləndirmir və nəzarət etmir);
  • Xəstəyə hərəkətsiz qalmağa imkan verməyən güclü ağrı;
  • Metal qəlpələrin olması, eləcə də bədənin istənilən hissəsində metal protezlərin olması;
  • Bədəndə metal tərkibli tatuların olması;
  • Dekompensasiya mərhələsində ürək çatışmazlığ, xüsusilə sol mədəcik çatışmazlığı, ağır formada klaustrofobiya (bağlı məkanlar qorxusu - tomoqrafiya yerinə yetirilə bilər, lakin xəstənin dərman yuxusuna salınması tələb olunur).

MRT-nın keçirilməsinə necə hazırlaşmaq lazımdır?

Xüsusi hazırlıq yalnız daxili orqanların müayinəsinə gedən pasiyentlərə tələb olunur (sidik-tənasül və həzm yolu orqanları): prosedurun başlanmasından beş saat əvvəl qida etməmək lazımdır.

MRT proseduru necə keçir?

Müayinə başlamazdan əvvəl pasiyent əks göstərişlər barədə məlumat verən anketi doldurmalıdır. Həmçinin, MRT icrasından əvvəl, operator otağında maqnit sahəsinə maneələr yarada bilən bütün əşyaları qoymaq lazımdır. Ciblərdən aşağıdakıları çıxarıb təhvil vermək lazımdır:

  • açarlar, qayışlar, metal pullar;
  • bütün metal tərkibli əşyalar (geyim, sancaqlar, bəzəklər);
  • elektronika (mobil telefon, fotoaparat, pleyer);
  • maqnit plastik kartları.

Tibbi personal Sizi portativ metalaxtaran vasitəsi ilə yoxlaya bilər. Əgər başın müayinəsi keçirilirsə, o zaman xanım pasiyentlərə makyajı silmək tövsiyə edilir, çünki kosmetikanın tərkibinə (məsələn, göz qapaqları üçün kölgələr) daxil olan maddələr nəticəyə təsir edə bilərlər. 
Daha sonra Sizə paltarınızı dəyişməyi təklif edə bilərlər. Sizə tomoqraf aparatının masasına uzanmağa kömək edəcəklər və xüsusi maqnit qarqaralarını qeyd edəcəklər. MRT müayinəsi zamanı hərəkətsiz uzanmaq və bütün müayinəs ərzində müntəzəm nəfəs almaq lazımdır, ki bu da şəkilişin keyfiyyətinə və diaqnozun qoyulmasının düzgünlüyünə təsir edəcək. 
Cihaz geniş boru təşkil edir, bu boruya pasiyent üfüqi vəziyyətdə yerləşdirilir. Pasiyent tamamilə hərəkətsiz vəziyyətdə qalmalıdır, əks halda təsvir kifayət qədər dəqiq alınmayacaq. Borunun daxilində işıq və əlavə ventilyasiya mövcuddur. Aparat hiss olunan uğultu çıxarır, bu səbəbdən pasiyentə qulaq tıxacları təklif edilir.
Bəzi hallarda, tətdiqat keçirilən yerdə pasiyentin yanında onun qohumu və ya müşaiyət edənin olmasına icazə verilir (buna əks göstəriş yoxdursa). Ayrı-ayrı hallarda anestezioloq sakitləşdirici preparatların yeridilməsini həyata keçirir. Prosedur bu halda daha asan keçir. Bu, xüsusilə klaustrofobiyadan əziyyət çəkən xəstələrə, balaca uşaqlara və ya hansısa səbəbdən hərəkətsiz vəziyyətdə qalmaqda ətinlik çəkən pasiyentlərə aiddir. Pasiyent müalicəvi yuxuya gedir və istirahət etmiş və gümrah vəziyyətdə oyanır. İstifadə edilən preparatlar orqanizmdən tez ixrac olunur və pasiyent üçün təhlükəsizdir. Nəticə DVD-disk, həkimin rəyi və təsvirlər şəklində verilir.

Prosedur nə qədər davam edir?

Müayinənin növündən, kontrastlaşmanın keçirilməsindən asılı olaraq prosedur 15 dəqiqədən 1 saata qədər davam edə bilər.