OKI
Məqalələrə qayıtmaq

 Qaraciyərin biopsiyası

                                                             Qaraciyərin biopsiyası

   Qaraciyər bədənimizdə ən böyük vəzi olub, çoxsaylı fermentlər ifraz edir, venoz qanın təmizlənməsində əsas rol oynayır. Müxtəlif qaraciyər xəstəliklərində kliniki –laborator üsullarla əldə edilən nəticələr yetərli hesab olunmazsa , xəstəliyin etiologiyasının və yayılma dərəcəsinin daha dəqiq qiymətləndirilməsi üçün  qaraciyərdən toxuma parçasının alınaraq patohistoloji araşdırılması qərarı verilir. Qaraciyər biopsiyası 19 əsrin sonlarından istifadə edilən metoddur. Müxtəlif biopsiya usülları mövcud olub, bunlardan ən etibarlısı və təhlükəsizi Ultrasəs Müayinə və ya Kompüter Tomoqrafiya yardımı ilə aparılan perkutan (dərini keçməklə) biopsiya metodudur. 

Qaraciyərin sistem xəstəliklərində (hepatitlərdə, səbəbi bilinməyən fermentativ xəstəliklərdə) əsasən diffuz qaraciyər biopsiyasına üstünlük verilir. Menghini tərəfindən dizaynlaşdırılmış və təkmilləşdirilmiş biopsiya dəsti ilə , yerli ağrısızlaşdırma vasitəsilə qaraciyərdən toxuma parçaları əldə edilir.

Qaraciyərin diffuz xəstəlikləri ilə yanaşı çoxsaylı tumorları və ikincili törəmələri rast gəlinir. Bu törəmələrin ilkin inkişaf səbələri , etiologiyası məlum olmadıqda və ya aparılmış müxtəlif klinki metodlarların nəticəsi sübhəli oldiqda hədəfə yönəlmiş aspirasiya biopsiyası və ya tru-cut biopsiyası icra edilir.

Prosedura incə iynə, və ya vakuumlu (Tru-Cut) üsullarla aparılır.  Bunlardan Tru – Cut adı olaraq adlandırılan metod daha əlverişli və informativdir. Prosedurdan əvvəl qanaxma riskini azaltmaq üçün   , xəstə aspirin və ya digər qan durulducu preparatlardan istifadə edirsə, bunu prosedurdan öncə 3-4 gün müddətinə dayandırması tövsiyə edilir.  Mütləq qaydada qanın ümumi analizi və laxtalanma faktorları yoxlanılır. İşləm zamanı xəstə arxası üstə və ya azacıq yanakı uzanır. Öncə ultrasəs müayinə ilə kütlənin lokalizasiyası aşkar edilirək işarə edilir və hansı istiqamətdə müdaxilə edəcəyi qərara alınır. Daha sonra müdaxilə olunacaq yer sterilləşdirilir və iynə daxil olacaq hissədən dəri və dərialtı toxuma 3-4 mm çərtilir. Bu yerdən dəri , dəri altına ağrısızlaşdırma üçün lokal anestetik yeridilir.

Bundan sonra isə xüsusi Tru – Cut iynəsi vasitəsiylə kütləyə müdaxilə edilərək parça alınır.  Prosedurdan sonra xəstə huşu ayıq olur. Prosedurdan sonra adətən sağ çiyinə doğru irradiasiya edən lokal ağrılar izlənilə bilər. Xəstə 3-4 saat ərzində klinikada müşahidə altında saxlanır.  Bir neçə saatdan sonra isə xəstə gündəlik həyatına dönə bilər. Alınmış toxuma parçaları isə pato-histoloji olaraq incələnir və nəticədə alınan kütləyə aid parçanın xoşxassəli və ya bədxassəli olması barədə rəy verilir . 

Dr. Ramil Cəlilov. Həkim-radioloq